​Kanadada meşə yanğınlarının söndürülməsinə ordu cəlb olunub

​Kanadada meşə yanğınlarının söndürülməsinə ordu cəlb olunub Yanğın səbəbindən artıq təqribən 13 min nəfər təxliyə edilib
Digər ölkələr
7 İyul , 2015 05:14
​Kanadada meşə yanğınlarının söndürülməsinə ordu cəlb olunub

Bakı. 7 İyul. REPORT.AZ/ Kanada hakimiyyəti ölkənin cənubunda yerləşən Saskaçevan əyalətində meşə yanğınlarının söndürülməsinə mindən artıq hərbçi cəlb edib.

"Report" xəbər verir ki, yanğınlar səbəbindən təqribən 12 min insan təxliyə edilib, çünki alov bir neçə yaşayış məntəqəsinə çox yaxınlaşıb.

Mütəxəssislər yanğının yayılmasının səbəbini qeyri-adi quru havada və temperaturun yüksək olmasında görürlər.

Yanğınlar, həmçinin Britaniya Kolumbiyasında tüğyan edir, regionun ən iri şəhəri Vankuver isə tüstü və dumana bürünüb.

Son xəbərlər

Orphus sistemi