​Kanada Suriyadan 25 min qaçqın qəbul edəcək

​Kanada Suriyadan 25 min qaçqın qəbul edəcək Ottava qaçqın qəbulunu 2016-cı il 1 yanvaradək reallaşdıracaq
Digər ölkələr
5 Noyabr , 2015 21:33
​Kanada Suriyadan 25 min qaçqın qəbul edəcək

Bakı. 5 noyabr. REPORT.AZ/ Kanadanın yeni təyin olunmuş miqrasiya, vətəndaşlıq və qaçqınlar üzrə naziri Con MakKallum bildirib ki, liberallar hökumətinin məqsədi 25 min suriyalı qaçqının ölkəyə yerləşdirilməsi üzrə seçkiqabağı vədin yerinə yetirilməsidir.

“Report” xəbər verir ki, bu barədə Kanadanın “ctvnews” telekanalı məlumat yayıb.

MakKallum bildirib ki, Ottava qaçqınları 1 yanvar 2016-cı il tarixinədək qəbul edəcək.

Nazir hökumətin qaçqınların yerləşdirilməsi proqramına qoşulacaq müxtəlif idarələr, QHT və federal departamentlərlə danışıqlar aparmaq niyyətindədir.

Son xəbərlər

Orphus sistemi