​Kanada Rusiyaya neft kəşfiyyatı qurğularının satışını dayandırır

​Kanada Rusiyaya neft kəşfiyyatı qurğularının satışını dayandırır Bəzi Rusiya və Ukrayna vətəndaşlarının Kanadaya gəlişi qadağan olunacaq
Digər ölkələr
20 Dekabr , 2014 11:41

Bakı. 19 dekabr. REPORT.AZ/ Kanadanın baş naziri Stefen Harper Ukrayna böhranına görə bəzi rusiyalı və ukraynalı şəxslərə qarşı əlavə iqtisadi sanksiyalar və səyahət qadağaları tətbiq ediləcəyini açıqlayıb. "Report" xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.

S.Harper 20 Rusiya və Ukrayna vətəndaşının Kanadaya gəlişi, həmçinin neftin kəşfiyyatı üçün hazırlanmış texnologiyaların ixracına qadağa qoyulduğunu deyib: “Kanadanın Ukraynanın Şərqində - Krım və başqa ərazilərin işğalına göz yuma bilməz. Biz Rusiya və Ukraynadan ölan şəxslərə iqtisadi sanksiyalar tətbiq etməyə hazırıq. Həmçinin, neft-qaz kəşfiyyatı işləri üçün lazım olan texnikanın Rusiyaya ixracını dayandırırıq".

Son xəbərlər

Orphus sistemi