​Kamerunda partlayış nəticəsində 10 nəfər ölüb

​Kamerunda partlayış nəticəsində 10 nəfər ölüb Terror aktının "Boko Haram" tərəfindən törədildiyi ehtimal edilir
Digər ölkələr
12 Dekabr , 2015 00:22
​Kamerunda partlayış nəticəsində 10 nəfər ölüb

Bakı. 12 dekabr. REPORT.AZ/ Kamerunun şimalında terrorçu-kamikadzenin hücumu nəticəsində 10 nəfər həyatını itirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hücumun "Boko Haram" terror qruplaşmasının üzvləri tərəfindən həyata keçirildiyi ehtimal edilir.

Xüsusi xidmət orqanlarının fərziyyəsinə görə, hücum iki terrorçu tərəfindən planlaşdırılıb.

"Boko Haram" Nigeriyada fəaliyyət göstərən terror təşkilatıdır.

Son xəbərlər

Orphus sistemi