​Kamerunda 143 terrorçu zərərsizləşdirilib

​Kamerunda 143 terrorçu zərərsizləşdirilib Əhali Kolofata şəhərini tərk edib
Digər ölkələr
13 Yanvar , 2015 01:25
​Kamerunda 143 terrorçu zərərsizləşdirilib

Bakı. 13 yanvar. REPORT.AZ/ Kamerun ordusu "Boko Haram" terror qruplaşmasının 143 üzvünü məhv edib.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, bu barədə yerli hökumət məlumat yayıb.

Bundan əvvəl "Boko Haram" terrorçuları Kamerunun Kolofata şəhərindəki hərbi bazaya hücum ediblər.

Yerli polisin məlumatına görə, şəhərdə aktiv atışma gedir. Əhali şəhəri tərk etmək məcburiyyətində qalıb.

Son xəbərlər

Orphus sistemi