Kameron: "Britaniyada çirkli pullara yer yoxdur"

Kameron: "Britaniyada çirkli pullara yer yoxdur" “Çirkli pullara sahib əcnəbilər Birləşmiş Krallıqda bütün imkanlardan məhrum edilməlidir"
Digər ölkələr
28 İyul , 2015 22:46
Kameron: Britaniyada çirkli pullara yer yoxdur

Bakı. 28 iyul. REPORT.AZ/ “Çirkli pullara” sahib əcnəbilər Birləşmiş Krallıqda bütün imkanlardan məhrum edilməlidir.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, bunu Sinqapurda çıxış edən Böyük Britaniyanın baş naziri Devid Kameron deyib.

O, Londonda bahalı evlərin alınması üçün istifadə edilən “anonim şirkətlərin” adlarının açıqlanacağını vəd edib.

Baş nazirin sözlərinə görə, "London qanunsuz pulların saxlanma yeri deyil”.

Kameron beynəlxalq ictimaiyyəti “korrupsiya xərçənginə qarşı” mübarizəyə səsləyib.

Britaniyanın baş naziri Sinqapura Cənub-Şərqi Asiya ölkələrinə səfəri çərçivəsində gəlib. Səfər çərçivəsində o, həmçinin Malayziya və Vyetnama baş çəkəcək.

Son xəbərlər

Orphus sistemi