​Kaliforniyada meşə yanğınları zamanı 2 nəfər ölüb

​Kaliforniyada meşə yanğınları zamanı 2 nəfər ölüb Onların meyiti İzabella gölündən tapılıb
Digər ölkələr
25 İyun , 2016 01:05
​Kaliforniyada meşə yanğınları zamanı 2 nəfər ölüb

Bakı. 25 iyun. REPORT.AZ/ Amerikanın Kaliforniya ştatında baş verən meşə yanğınları nəticəsində ən azı 2 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.

Yanğınlar ştatın mərkəzində yerləşən dağ rayonlarını əhatə edib. Kern dairəsinin yanğın xidmətinin kapitanı Tayler Taunsend yerli KBAK-TV telekanalına bildirib ki, ölənlərin meyitləri cümə günü turistlər arasında məşhur olan İzabella gölündən tapılıb.

Son xəbərlər

Orphus sistemi