Kaliforniya universitetinin yaxınlığında atışma nəticəsində 3 nəfər yaralanıb

Kaliforniya universitetinin yaxınlığında atışma nəticəsində 3 nəfər yaralanıb Polis şahidlərin sözlərinə görə, atəşin açıldığı ağ avtomobilin axtarışlarını aparır
Digər ölkələr
12 May , 2015 11:18
Kaliforniya universitetinin yaxınlığında atışma nəticəsində 3 nəfər yaralanıb

Bakı. 12 may. REPORT.AZ/ Dünən ABŞ-ın Santa-Barbara şəhərində yerləşən Kaliforniya universitetinin yaxınlığında baş verən atışma nəticəsində 3 nəfər yaralanıb. "Report" "TASS"a istinadən xəbər verir ki, naməlum cinayətkar yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 7:30-da) atəş açıb. 

Telekanaldan verilən məlumata görə, hazırda universitetin bütün yataqxanaları elan olunan həyəcanla əlaqədar mühasirəyə alınıb. Zərərçəkənlərin vəziyyəti haqqında məlumat daxil olmayıb. Polis şahidlərin sözlərinə görə, atəşin açıldığı ağ avtomobilin axtarışlarını aparır.

Son xəbərlər

Orphus sistemi