​Qərbi Afrikada içində 26 nəfərin olduğu gəmi batıb

​Qərbi Afrikada içində 26 nəfərin olduğu gəmi batıb 15 nəfər itkin düşmüş hesab olunur
Digər ölkələr
10 Yanvar , 2015 18:54
​Qərbi Afrikada içində 26 nəfərin olduğu gəmi batıb
Bakı. 10 yanvar. REPORT.AZ/ Yanvarın 8-də Afrikanın qərbində yerləşən Kabo-Verde Respublikası sahillərində göyərtəsində 26 nəfərin olduğu bərə batıb.

“Report” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülkü Müdafiə Departamentinin rəisi Alinto Lima məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 15 nəfər itkin düşmüş hesab olunur.

Göyərtəsində 26 sərnişin və 6 konteynerin olduğu bərə Kabo-Verde adalarından birinin 3 mil məsafəsində batıb.

Hava şəraitinin pis olması axtarış-xilasetmə işlərini ləngidir.

Son xəbərlər

Orphus sistemi