Kabildəki Amerika Universitetinə hücum zamanı 13 nəfər öldürülüb

Kabildəki Amerika Universitetinə hücum zamanı 13 nəfər öldürülüb Heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib
Digər ölkələr
25 Avqust , 2016 07:41
Kabildəki Amerika Universitetinə hücum zamanı 13 nəfər öldürülüb

Bakı. 25 avqust. REPORT.AZ/ Kabildə Amerika Universitetinə silahlı hücum nəticəsində yeddisi tələbə olmaqla 13 nəfər öldürülüb.

"Report" xəbər verir ki, bu barədə əfqan polisinə istinadən BBC məlumat yayıb.

Məlumata görə, heç bir terror təşkilatı hələ də məsuliyyəti öz üzərinə götürməyib.

Kabil polisinin rəhbəri Əbdül Rəhman Rahiminin sözlərinə görə, terror hücumu zamanı 3 polis və 3 mühafizəçi də öldürülüb. 35 tələbə və 9 polis əməkdaşı yaralanıb, təqribən 750 tələbə və əməkdaş xilas edilib.

***06:12

Əfqanıstanın təhlükəsizlik qüvvələri və hərbçiləri Kabildəki Amerika Universitetinə hücum etmiş bütün terrorçuları zərərsizləşdiriblər.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə yerli polis nümayəndəsi məlumat verib.

"Əməliyyat başa çatıb, ən azı hücum edənlərdən ikisi öldürülüb", - deyə o bildirib.

Əvvəlki kimi hücum qurbanlarının mümkün sayı barədə məlumat yoxdur. Həkimlərin məlumatına görə, hücum nəticəsində 1 nəfər ölüb, 21 nəfər yaralanıb. Onlardan 6-sı ağır vəziyyətdədir. Zərərçəkənlər arasında əcnəbilər yoxdur.

Ümumilikdə hücumdan sonra binadan 500-ə yaxın tələbəni çıxartmaq mümkün olub.

Ötən çərşənbə naməlum silahlı şəxslər universitetə hücum ediblər. Terrorçu-kamikadze minalanmış avtomobili universitet qapısının önündə partladıb. Daha sonra bir neçə silahlı şəxs təhsil müəssisəsinin içərisinə daxil olublar.

Son xəbərlər

Orphus sistemi