​Kabildəki ABŞ səfirliyi yanında baş verən partlayış nəticəsində azı 19 nəfər xəsarət alıb

​Kabildəki ABŞ səfirliyi yanında baş verən partlayış nəticəsində azı 19 nəfər xəsarət alıb Zərərçəkənlər arasında üç qadın və dörd uşaq da var
Digər ölkələr
30 İyun , 2015 16:32
​Kabildəki ABŞ səfirliyi yanında baş verən partlayış nəticəsində azı 19 nəfər xəsarət alıb

Bakı. 30 iyun. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində azı 19 nəfər xəsarət alıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə nazirliyinin nümayəndəsi Kəbirə Əmiri məlumat verib.

Onun sözlərinə görə, zərərçəkənlər arasında üç qadın və dörd uşaq da var.

Hadisə Kabil beynəlxalq hava limanına gedən yolda, ABŞ səfirliyindən təxminən 500 metr aralıda, insanların sıx olduğu yerdə baş verib.

Şahidlərin sözlərinə görə, partlayış terrorçu-kamikadze tərəfindən həyata keçirilib. Onun hədəfi NATO hərbi karvanı olub. Məlumata əsasən, yaxınlıqdakı bir neçə avtomobilə ziyan dəyib. 

Son xəbərlər

Orphus sistemi