Kabildə qadının qətlinə etiraz olaraq nümayiş keçirilib

Kabildə qadının qətlinə etiraz olaraq nümayiş keçirilib Quranı yandırmaqda günahlandırılan 27 yaşlı qadın kütlə tərəfindən öldürmüşdü
Digər ölkələr
23 Mart , 2015 18:30
Kabildə qadının qətlinə etiraz olaraq nümayiş keçirilib

Bakı. 23 mart. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə bu gün yüzlərlə insan qadının döyülərək öldürülməsinə etiraz olaraq nümayiş keçirib.

"Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları məsələ ilə bağlı ədalətli istintaq aparılmasını tələb ediblər.

Qeyd edək ki, Quranı yandırmaqda günahlandırılan 27 yaşlı Farkhundanı martın 19-da əsasən gənclərdən ibarət kütlə tərəfindən öldürüb. Onlar məsçidin ətrafında qadını döyərək öldürüb, sonra isə meyitini yandıraraq, çaya atıblar.

Bu qətllə bağlı 13 nəfər həbs olunub. Həmçinin baş verənlərə müdaxilə etmədiyinə görə 13 polis nəfəri saxlanıb.

Prezident Ashraf Ghani bu qətli pisləyib və hərtərəfli istintaq aparılmasına dair göstəriş verib.

Son xəbərlər

Orphus sistemi