​Kabildə partlayış baş verib

​Kabildə partlayış baş verib Terror aktı nəticəsində iki nəfər yaralanıb
Digər ölkələr
25 Yanvar , 2015 07:58
​Kabildə partlayış baş verib

Bakı. 25 yanvar. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabilin ətrafında partlayış törədilib, partlayıcı qurğu yük maşınının kuzovunda olub.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı iki nəfər xəsarət alıb, yanacaqdoldurma məntəqəsinə ziyan dəyib.

Bu, yanvarın əvvəlində Kabildə Avropa İttifaqına məxsus polis missiyası maşınının partladılmasından sonra qeydə alınan ilk belə insidentdir.

Son xəbərlər

Orphus sistemi