Kabildə iki partlayış baş verib: 9 nəfər həlak olub, 30 nəfər yaralanıb

Kabildə iki partlayış baş verib: 9 nəfər həlak olub, 30 nəfər yaralanıb Terror aktları Əfqanıstan Müdafiə Nazirliyinin yaxınlığında törədilib
Digər ölkələr
5 Sentyabr , 2016 16:42
Kabildə iki partlayış baş verib: 9 nəfər həlak olub, 30 nəfər yaralanıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün Əfqanıstanın paytaxtı Kabil şəhərində Müdafiə Nazirliyinin yaxınlığında baş verən iki partlayış nəticəsində 9 nəfər həlak olub, 30 nəfər yaralanıb. 

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir. 

Qeyd olunur ki, partlayışları iki terrorçu-kamikadze törədib. İkinci partlayış insanların birinci partlayış yerinə toplaşmasından sonra baş verib. 

Partlayışa görə məsuliyyəti "Taliban" qruplaşması üzərinə götürüb. 

Son xəbərlər

Orphus sistemi