Əfqanıstan parlamentinin binasına raket düşüb

Əfqanıstan parlamentinin binasına raket düşüb Ölən və yaralananlar barədə hələlik məlumat verilmir
Digər ölkələr
28 Mart , 2016 10:25
Əfqanıstan parlamentinin binasına raket düşüb

Bakı. 28 mart. REPORT.AZ/ Kabildə Əfqanıstan parlamentinin yeni binasına raket düşüb.

"Report" xəbər verir ki, bu barədə "Khaama Press" məlumat yayıb.

Şahidin sözlərinə görə, binaya 3 raket zərbəsi endirilib, onlardan biri parlamentin həyətinə düşüb.

İnsident təhlükəsizlik xidməti əməkdaşlarının parlamentariləri təlimatlandırmaq üçün binaya daxil olmağa hazırlaşdığı zaman baş verib.

Raketin hansı tərəfdən atıldığı məlum deyil. Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi