​Jan-Klod Yunker: "Avropa İttifaqında vəziyyət yaxşı deyil"

​Jan-Klod Yunker: "Avropa İttifaqında vəziyyət yaxşı deyil" Avropa İttifaqı Komissiyasının sədri: "Bizim birliyimiz çatmır"
Digər ölkələr
9 Sentyabr , 2015 14:40
​Jan-Klod Yunker: Avropa İttifaqında vəziyyət yaxşı deyil

Bakı. 9 sentyabr. REPORT.AZ/ "Avropa İttifaqında vəziyyət yaxşı deyil. Bizim birliyimiz çatmır. Bizə Avropa lazımdır. Bu vəzyyyəti dəyişməliyik".

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Jan-Klod Yunker Avropa Parlamentinin illik sessiyasında çıxışında bildirib.

O qeyd edib ki, miqrasiya böhranına görə Şengen sisteminin məhv olmasına imkan verməyəcəklər. 

Komissiya sədrinin sözlərinə görə, başçılıq etdiyi qurum nəzarətsiz miqrasiya baxımından Aİ-yə təhlükəli dövlətlərin siyahısını hazırlayıb: "Adları siyahıda olan dövlətlər demokratik haqları pozarlarsa, o zaman onlar perspektivdə Avropa İttifaqına üzvlükdən məhrum olacaqlar".

2015-ci ilin əvvəlindən Avropa İttifaqına 340 mindən artıq qaçqını üz tutub. İkinci dünya müharibəsindən sonra ittifaqda qanunsuz miqrasiya ən ciddi problemə çevrilib. 

Son xəbərlər

Orphus sistemi