İŞİD terrorçuları Əfqanıstanda ilk dəfə olaraq silahı yerə qoyublar

İŞİD terrorçuları Əfqanıstanda ilk dəfə olaraq silahı yerə qoyublar İkisi komandir olmaqla on yaraqlı vəziyyətin sülh yolu ilə nizamlanması prosesinə qoşulub
Digər ölkələr
26 Fevral , 2016 07:54
İŞİD terrorçuları Əfqanıstanda ilk dəfə olaraq silahı yerə qoyublar

Bakı. 26 fevral. REPORT.AZ/ İŞİD terror təşkilatının on yaraqlısı Əfqanıstanın Nanqarhar əyalətində ilk dəfə olaraq könüllü surətdə silahı yerə qoyublar.

“Report” xəbər verir ki, bu barədə cümə günü yerli administrasiyaya istinadən “Afghanistan News” agentliyi məlumat yayıb.

"İlk dəfə olaraq İŞİD adlı təşkilatın ikisi komandir olmaqla on yaraqlısı öz silah-sursatı ilə Əfqanıstan hökuməti tərəfindən aparılan vəziyyətin sülh yolu ilə nizamlanması prosesinə qoşulublar", — deyə administrasiya nümayəndəsi bildirib.

Son xəbərlər

Orphus sistemi