İŞİD terror təşkilatının daha 120 üzvü öldürülüb

İŞİD terror təşkilatının daha 120 üzvü öldürülüb İraqın Səlahəddin vilayətinə bağlı əl-Mutasım qəsəbəsi İŞİD-in nəzarətindən çıxıb
Digər ölkələr
12 Dekabr , 2014 19:48
İŞİD terror təşkilatının daha 120 üzvü öldürülüb

Bakı. 12 dekabr. REPORT.AZ/ İraq hökuməti İŞİD terror təşkilatının daha 120 üzvünün öldürüldüyünü açıqlayıb. 

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, İraq Müdafiə Nazirliyinin yaydığı yazılı açıqlamada açıqlamada Səlahəddin vilayətinə bağlı əl-Mutasım qəsəbəsinin İŞİD-in nəzarətindən çıxdığı və əməliyyat zamanı 60 terrorçunun öldürüldüyü qeyd olunub.

Bundan əlavə, İraq hüquq-mühafizə orqanlarından Səlahəddin vilayətinə bağlı Səmarra şəhərində baş vermiş qarşıdurmalar zamanı İŞİD-in 60 üzvünün həyatını itirdiyini bildiriblər.

Son xəbərlər

Orphus sistemi