İraqın baş naziri Bağdadda vəziyyətin normallaşdığını bildirib

İraqın baş naziri Bağdadda vəziyyətin normallaşdığını bildirib Paytaxtda təhlükəsizliklə bağlı vəziyyət nəzarət altındadır
Digər ölkələr
1 May , 2016 00:53
İraqın baş naziri Bağdadda vəziyyətin normallaşdığını bildirib

Bakı. 1 May. REPORT.AZ/ İraq parlamentində beş nazirin namizədliyi ilə bağlı səsvermənin iflasa uğraması nəticəsində yaranan iğtişaşlardan sonra paytaxt Bağdadda vəziyyət nəzarət altındadır.

“Report” xəbər verir ki, bu barədə İraqın baş naziri Heydər əl-Abadi öz “twitter” səhifəsində yazıb.

“Baş nazir Əl-Abadi təsdiq edir ki, Bağdadda təhlükəsizliklə bağlı vəziyyət nəzarət altındadır və nümayişçiləri etiraz üçün ayrılmış xüsusi yerə qayıtmağa çağırır”, — deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi