İraqda İŞİD-in liderlərindən biri məhv edilib

İraqda İŞİD-in liderlərindən biri məhv edilib Hərbçilər Əbu Safha əl-Libini zərərsizləşdirə biliblər
Digər ölkələr
3 İyul , 2016 08:45
İraqda İŞİD-in liderlərindən biri məhv edilib

Bakı. 3 iyul. REPORT.AZ/ İraqın Ənbar əyalətində aparılan hərbi əməliyyatların komandanı İsmayıl əl-Mahlyaui Əl-Xalidiyyə rayonunda İŞİD terror qruplaşmasının rəhbərlərindən birinin məhv edildiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə "Al Sumaria" telekanalı məlumat yayıb.

"Ordunun 10-cu briqadasının dəstələri beynəlxalq koalisiya aviasiyası və Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Əl-Xalidiyyədə 10 İŞİD terrorçusunu, o cümlədən qruplaşmanın Əbu-Səfha əl-Libi kimi tanınan liderlərindən birini məhv etməyə müvəffəq olub", - deyə Əl-Məhlyaui bildirib.

Son xəbərlər

Orphus sistemi