​Ötən il İraqda 15 min nəfər terror hücumlarının qurbanı olub

​Ötən il İraqda 15 min nəfər terror hücumlarının qurbanı olub 22 mindən çox insan yaralanıb
Digər ölkələr
2 Yanvar , 2015 00:20
​Ötən il İraqda 15 min nəfər terror hücumlarının qurbanı olub
Bakı. 2 yanvar. REPORT.AZ/ 2014-cü ildə İraqda 15 mindən çox insan terrorçuların hücumları nəticəsində həyatını itirib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə İraq hökumətinə istinadən Frans Press məlumat yayıb.

İraq hökumətinin məlumatına görə, 2014 son yeddi il ərzində ölkədə ən qanlı il olub. Bununla yanaşı, hücumlar nəticəsində 22 mindən çox insan yaralanıb.

Hazırda İraq hökuməti ölkə ərazisində fəaliyyət göstərən "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına qarşı mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi