​İordaniyada 11 nəfər edam olunub

​İordaniyada 11 nəfər edam olunub İordaniyada ölüm hökmü sonuncu dəfə 2006-cı ilin iyun ayında tətbiq edilib
Digər ölkələr
21 Dekabr , 2014 14:11
​İordaniyada 11 nəfər edam olunub
Bakı. 21 dekabr. REPORT.AZ/ İordaniyada 8 il ərzində ilk dəfə olaraq ali cəza tədbiri icra olunub.

"Report" xəbər verir ki, 11 iordaniyalı törətdikləri müxtəlif qətllərə görə, dekabrın 21-də səhər saatlarında asılaraq edam ediliblər.

Müttəhimlərin milliyəti barədə məlumat yoxdur. Onlar Ali Cinayət Məhkəməsi tərəfindən qətl hadisələrində müqəssir biliniblər.

İordaniyada ölüm hökmü sonuncu dəfə 2006-cı ilin iyun ayında tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi