İtaliyanın baş naziri: Avropanın pul vahidi mövcuddur, bəs niyə ümumi kəşfiyyat xidmətimiz yaradılmır?

İtaliyanın baş naziri: Avropanın pul vahidi mövcuddur, bəs niyə ümumi kəşfiyyat xidmətimiz yaradılmır? "Parisə vurulan zərbə - Avropanın qəlbinə yönəldilən zərbədir"
Digər ölkələr
10 Yanvar , 2015 01:56
İtaliyanın baş naziri: Avropanın pul vahidi mövcuddur, bəs niyə ümumi kəşfiyyat xidmətimiz yaradılmır?

Bakı. 10 yanvar. REPORT.AZ/ İtaliyanın baş naziri Matteo Renzi Avropada vahid kəşfiyyat xidmətinin yaradılması təklifi ilə çıxış edib.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, "La7" televiziya kanalında çıxış edən M.Renzi son günlərdə Fransada baş verən qanlı hadisələrə diqqət çəkərək bildirib ki, Avropa ölkələri terrorizm kimi təhdidlərə qarşı vahid cəbhədən çıxış etməlidir.

"Pul vahidimiz mövcuddur. Ancaq vahid təhlükəsizlik və kəşfiyyat xidməti ilə diplomatiya şəbəkəsi da yaradılmalıdır. Parisə vurulan zərbə - Avropanın qəlbinə yönəldilən zərbədir”, - deyə baş nazir bildirib.

Son xəbərlər

Orphus sistemi