​İtaliyada 20 il axtarışda olan mafioz tutulub

​İtaliyada 20 il axtarışda olan mafioz tutulub Ernesto Fatssalarini ömürlük həbs gözləyir
Digər ölkələr
27 İyun , 2016 05:32
​İtaliyada 20 il axtarışda olan mafioz tutulub

Bakı. 27 iyun. REPORT.AZ/ İtaliya mafiyasının 20 il axtarışda olan bossu Ernesto Fatssalari İtaliyanın cənub regionu Kalabriyada polis əməkdaşları tərəfindən saxlanılıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, onu ömürlük həbs cəzası gözləyir.

Polis 46 yaşlı Fatssalarini düz onun yatağında yaxalayıb, o, müqavimət göstərməyib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Fatssalari narkotik ticarəti və qanunsuz kapitalın dövriyyəsi ilə məşğul olan "Ndranqeta" cinayətkar qruplaşmasının üzvüdür.

Ernesto Fatssalari ilk dəfə 1996-cı ildə həbsdən yayınıb. O, 1999-cu ildə qətl, adam öldürməyə cəhd, həmçinin dələduzluq maddələri də daxil olmaqla, bir neçə cinayət üzrə qiyabi olaraq məhkum edilib.

Son xəbərlər

Orphus sistemi