Bakı. 18 fevral. REPORT.AZ/ Son altı həftə ərzində İtaliyaya ötən ilin analoji dövrü ilə müqayisədə 60% çox miqrant gəlib.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Miqrantlar üzrə beynəlxalq təşkilatın məlumatına görə, İtaliya Sərhəd Xidmətinin əməkdaşları fevralın 14-dən Aralıq dənizi sularında 4 mindən artıq mühaciri xilas ediblər.
Onların əksəriyyəti əvvəlcə Liviyaya gəlirlər və təhlükəli yol oradan İtaliyaya üzərkən başlayır.