İtaliya sahil mühafizə xidməti 1500 miqrantı xilas edib

İtaliya sahil mühafizə xidməti 1500 miqrantı xilas edib Ötən il İtaliya vasitəsilə Avropa ərazisinə 170 min miqrant daxil olub
Digər ölkələr
7 Aprel , 2015 04:25
İtaliya sahil mühafizə xidməti 1500 miqrantı xilas edib

Bakı. 7 aprel. REPORT.AZ/ İtaliya sahil mühafizə xidməti Aralıq dənizi vasitəsilə bu ölkəyə keçmək istəyərkən təhlükə ilə üzləşən 1500 miqrantı xilas edib.

"Report" AZƏRTAC-a istinadəx xəbər verir ki, İtaliyaya keçməyə çalışan miqrantlarla dolu 5 gəmidən 3-ü daha böyük təhlükə ilə qarşılaşıb. 24 saat ərzində aparılmış əməliyyatlar zamanı xilas edilmiş miqrantlar İtaliyanın Lampeduza adasına və Siciliya limanlarına aparılıb.

Qeyd edək ki, ötən il İtaliya vasitəsilə Avropa ərazisinə 170 min miqrant daxil olub. Onların əksəriyyəti Liviyadan gələnlərdir.

3000-dən artıq miqrant isə Avropaya keçməyə cəhd göstərərkən həyatını itirib. Rəsmilər bu ilin ilk aylarında Avropaya miqrant axınının 43 faiz artdığını bəyan ediblər.

Son xəbərlər

Orphus sistemi