​İtaliya İraqın Ərbil şəhərində konsulluq açıb

​İtaliya İraqın Ərbil şəhərində konsulluq açıb Marko Karnelos: "Peşmərgəyə təlimlərin verilməsində də iştirak edəcəyik"
Digər ölkələr
7 İyul , 2015 20:52
​İtaliya İraqın Ərbil şəhərində konsulluq açıb

Bakı. 7 iyul. REPORT.AZ/ "İtaliya Ərbildəki təmsilçiliyin konsulluq səviyyəsinə çatdırılması haqda qərar qəbul edib".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu İtaliyanın İraqdakı səfiri Marko Karnelos bildirib.

Məlumata görə, İraqın Şimal bölgəsinin başçısı Məsud Barzani iyulun 7-də onu qəbul edib.

Səfir görüşdə deyib ki, İtaliya gələcəkdə bu bölgəyə hərbi və humanitar yardım da göstərəcək: "Peşmərgəyə (kürd siahlılar- "Report") təlimlərin verilməsində də iştirak edəcəyik".

M.Barzani Ərbildə İtaliya konsuluğunun açılmasının sevindirici hadisə olduğunu, buna görə İtaliya hökumətinə və xalqına təşəkkür etdiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi