​İtaliya Fransa ilə sərhədə nəzarəti gücləndirib

​İtaliya Fransa ilə sərhədə nəzarəti gücləndirib Fransadan gələn avtomobillərin ciddi yoxlanışına başlanılıb
Digər ölkələr
15 İyul , 2016 08:10
​İtaliya Fransa ilə sərhədə nəzarəti gücləndirib

Bakı. 15 iyul. REPORT.AZ/ İtaliya Fransanın Nitsa şəhərində baş vermiş terror hücumundan sonra bu ölkə ilə sərhədinə nəzarəti gücləndirib. 

"Report"un məlumatına görə, bu barədə "ANSA" agentliyi xəbər yayıb.

Agentliyin xəbərinə görə, İtaliyanın daxili işlər naziri Andjelino Alfano Twitter şəbəkəsindəki səhifəsində bu gün səhər Terrorizmə qarşı Mübarizə Komitəsinin təcili iclasının çağırıldığını elan edib.

Bununla yanaşı, Fransadan gələn avtomobillərin ciddi yoxlanışına başlanılıb.  

Son xəbərlər

Orphus sistemi