İtaliya baş naziri: Avropa Yunanıstanla yenidən dialoq qurmalıdır

İtaliya baş naziri: Avropa Yunanıstanla yenidən dialoq qurmalıdır "Məncə, bunu hərkəsdən daha yaxşı Almaniya kansleri Angela Merkel başa düşür"
Digər ölkələr
5 İyul , 2015 16:33
İtaliya baş naziri: Avropa Yunanıstanla yenidən dialoq qurmalıdır

Bakı. 5 iyul. REPORT.AZ/ İtaliya baş naziri Matteo Rentsi Avropa liderlərini Yunanıstanla dialoqu davam etdirməyə çağırıb.

"Report"un İnterfaxs agentliyinə istinadən verdiyi xəbərə görə, Yunanıstanda beynəlxalq maliyyə yardımının ayrılması şərtlərinə dair keçirilən referendumu şərh edən M.Rentsi bildirib ki, "avropalılar referendumdan sonra yenidən danışıqlar aparmalıdır".

"Məncə, bunu hərkəsdən daha yaxşı Almaniya kansleri Angela Merkel başa düşür", - deyən İtaliyanın hökümət başçısı, onu da qeyd edib ki, Yunanıstanda yaşanan böhran İtaliya iqdisadiyyatında ciddi fəsadlar törədməyəcək.

Qeyd edək ki, əksər avropalı siyasətçilər hesab edir ki, məhz Almaniyanın sərt mövqeyi rəsmi Afinanı referendum keçirməyə məcbur edib.

Son xəbərlər

Orphus sistemi