Bakı. 9 İyun. REPORT.AZ/ İtaliyanın Sahil Mühafizə Xidmətinin məlumatına görə, təkcə ötən bazar Siciliya körfəzində 2 min 370 miqrant xilas edilib.
"Report" xəbər verir ki, ötən iki istirahət günü ərzində isə ümumilikdə 6 min mühacirə köməklik göstərilib.
Bu ilin əvvəlindən bu günə qədər olan dövr ərzində İtaliyaya təqribən 50 min miqrant üz tutub ki, bu da 2014-ci il ilə müqayisədə 12 faiz çoxdur. Bir çox İtaliya bölgələri miqrant axınına artıq davam gətirmək iqtidarında olmadıqlarını bəyan ediblər.