​İtaliya 2 mindən çox liviyalı miqrantı xilas edib

​İtaliya 2 mindən çox liviyalı miqrantı xilas edib Miqrantlar yaxınlıqdakı gəmilər vasitəsilə sahilə çatdırılıb
Digər ölkələr
16 Fevral , 2015 04:25
​İtaliya 2 mindən çox liviyalı miqrantı xilas edib

Bakı. 16 fevral. REPORT.AZ/ Ötən gün İtaliyanın xilasetmə xidmətləri Liviyadan olan 2164 nəfər emiqrantı xilas edib.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, 12 qayıqda olan qaçqınlar Liviya sahili ilə İtaliyanın Lampeduza adası arasında aşkar ediliblər.

Miqrantlar yaxınlıqdakı gəmilər, həmçinin hərbi gəmi vasitəsilə sahilə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi