​İsveçrədə parlament seçkilərini miqrantlara qarşı çıxan partiya qazanıb

​İsveçrədə parlament seçkilərini miqrantlara qarşı çıxan partiya qazanıb İsveçrə Xalq Partiyası Milli Şurada 200 yerdən 65-ni əldə edib
Digər ölkələr
19 Oktyabr , 2015 06:57
​İsveçrədə parlament seçkilərini miqrantlara qarşı çıxan partiya qazanıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ İsveçrədə keçirilən parlament seçkilərində səslərin 29,5%-ni və Milli Şurada 200 mandatdan 65-ni əldə edən İsveçrə Xalq Partiyası qalib gəlib.

"Report" TASS-a istinadən xəbər verir ki, miqrasiya əleyhinə siyasət aparan sağ mühafizəkarlar partiyası dörd il əvvəlkinə nisbətdə parlamentdə yerlərinin sayını 11 mandat artırıb.

Sosial-demokratların sol partiyası 18,9% səs və 43 mandat əldə edib ki, bu da əvvəlki seçkilərlə müqayisədə 3 yer azdır. Üçüncü yer və 33 mandat liberal demokratlara nəsib olub. 

Son xəbərlər

Orphus sistemi