​İsveçin Malmö şəhərinin mərkəzində partlayış baş verib

​İsveçin Malmö şəhərinin mərkəzində partlayış baş verib Ölən və yaralananlar barədə məlumat yoxdur
Digər ölkələr
29 İyul , 2016 01:54
​İsveçin Malmö şəhərinin mərkəzində partlayış baş verib

Bakı. 29 iyul. REPORT.AZ/ İsveçin Malmö şəhərinin mərkəzində partlayış baş verib. Şəhər polis və qəza-xilasetmə xidmətinin əməkdaşları partlayış barədə məlumatdan sonra Trelleborq küçəsi, 11A-da yerləşən binaya cəlb olunublar.

"Report" xəbər verir ki, bu barədə yerli "24Malmö" nəşri məlumat yayıb.

İlkin məlumatlara görə, partlayış binadakı mənzillərdən birində baş verib. Şahidlərin sözlərinə görə, hadisə yerində yanıq iyi hiss olunur. Ölən və yaralananlar barədə məlumat yoxdur.

Polis hadisə baş verən binanın qarşısındakı küçəni bağlayıb.

Son xəbərlər

Orphus sistemi