İsveçin Malmö şəhərinin mərkəzində güclü partlayış baş verib

İsveçin Malmö şəhərinin mərkəzində güclü partlayış baş verib Partlayış nəticəsində ölən və yaralanan olmayıb
Digər ölkələr
10 Oktyabr , 2016 06:44
İsveçin Malmö şəhərinin mərkəzində güclü partlayış baş verib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu gün gecə saatlarında İsveçin Malmö şəhərinin mərkəzində yerləşən "Babel" gecə klubunun binası qarşısında güclü partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə yerli "Sydsvenskan" qəzeti yazıb.

Məlumata görə, partlayış nəticəsində ölən və yaralanan olmayıb.

Nəşr yazır ki, partlayıcı qurğu naməlum şəxslər tərəfindən gecə klubunun giriş qapısına qoyulub. Hadisə baş verən zaman klub bağlı olub. Nəticədə müəssisənin qapısına və pəncərəsinə ziyan dəyib. Partlayış o qədər güclü olub ki, qonşu məhəllələrin sakinləri yuxudan ayılıb.

Şübhəli şəxslər hələ ki, yaxalanmayıb. Ərazi mühasirəyə alınıb.

Son xəbərlər

Orphus sistemi