İsveçin Malmö şəhərində bir gecədə 12 maşın yandırılıb

İsveçin Malmö şəhərində bir gecədə 12 maşın yandırılıb Yay başlayandan indiyə kimi Malmödə 105 maşın yandırılıb
Digər ölkələr
16 Avqust , 2016 13:56
İsveçin Malmö şəhərində bir gecədə 12 maşın yandırılıb

Bakı. 16 avqust. REPORT.AZ/ İsveçin cənubunda yerləşən Malmö şəhərində ötən gecə 12 maşın yandırılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu yerli polis idarəsinin nümayəndəsi Anna Yoransson bildirib.

Onun sözlərinə görə, şəhər üzərinə patrul xidmətinin həyata keçirmək məqsədi ilə helokopter göndərilib: "Ancaq bu tədbir də hələ ki, qanun pozuntusunun qarşısını almağa yardım etmir".

Polis əməkdaşları yanğını törətməkdə şübhəli bilinən bir oğlanı saxlayıblar. Onun avtomobilindən benzin qoxusunun gəldiyi müəyyən edilib. Şübhəlinin maşınının yük yerindən benzinlə dolu bir neçə su qabı və çəkic aşkarlanıb.

Məlumata görə, mühacirlərin yaşadığı Rusenqord rayonunun sakini olan həmin gənc yaşadığı evin zirzəmisində partlayıcı maddə saxladığı üçün əvvəllər mühakimə edilib.

Yay başlayandan indiyə kimi Malmödə 105 maşının yandığı haqda məlumat yayılıb.  

Son xəbərlər

Orphus sistemi