​İsveçdə restoranda partlayış baş verib

​İsveçdə restoranda partlayış baş verib Hadisə yerində mütəxəssislərdən ibarət qrup fəaliyyət göstərir
Digər ölkələr
23 Dekabr , 2015 13:55
​İsveçdə restoranda partlayış baş verib

Bakı. 22 dekabr. REPORT.AZ/ İsveçin paytaxtı Stokholmun mərkəzində yerləşən restoranlardan birində gecə saatlarında partlayış baş verib.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, naməlum şəxs restorana partlayıcı atıb. Partlayıcı atılan zaman orada yalnız iaşə müəssisəsinin işçiləri olub.

Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Partlayış baş verən yerdə mütəxəssislərdən ibarət qrup fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi