İsveçdə növbəti dəfə qaçqınlar üçün nəzərdə tutulan sığınacağı yandırıblar

İsveçdə növbəti dəfə qaçqınlar üçün nəzərdə tutulan sığınacağı yandırıblar İsveç keçən il 160 mindən çox qaçqın qəbul edib
Digər ölkələr
27 Mart , 2016 04:00
İsveçdə növbəti dəfə qaçqınlar üçün nəzərdə tutulan sığınacağı yandırıblar

Bakı. 27 mart. REPORT.AZ/ İsveçin Akers şəhərində qaçqınlar üçün müvəqqəti düşərgə kimi planlaşdırılan keçmiş uşaq bağçasının binasında yanğın baş verib.

Yerli KİV-lərin polisə istinadla yaydığı məlumata görə, yanğın vaxtı binada heç kim olmayıb. Hadisə yerinə yanğınsöndürənlərin və polisin vaxtında çatmasına baxmayaraq, alovu dərhal söndürmək mümkün olmayıb. Nəticədə binaya ciddi zərər dəyib.

Yerli bələdiyyənin məlumatına görə, binada İsveçə tez-tez valideynsiz gələn qaçqınların (uşaq və yeniyetmələrin) yerləşdirilməsi planlaşdırılıbmış. Polisin nümayəndəsi KİV-lərə müsahibəsində deyib: “Biz əmlaka ciddi zərər vurulması” maddəsi üzrə cinayət işi açmışıq. Habelə bu yanğının qəsdən törədilməsi ehtimalını da nəzərdən keçiririk.

İsveç keçən il 160 mindən çox qaçqın qəbul edib. Əhalisinin sayı 9,7 milyon olan İsveç adambaşına düşən qaçqının sayına görə Aİ-də birinci yeri tutub.

Son xəbərlər

Orphus sistemi