İsveç paytaxtında güclü partlayış baş verib - ƏLAVƏ OLUNUB

İsveç paytaxtında güclü partlayış baş verib - ƏLAVƏ OLUNUB Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur
Digər ölkələr
6 Noyabr , 2015 18:36
İsveç paytaxtında güclü partlayış baş verib - ƏLAVƏ OLUNUB

İlk xəbər 16:34-də verilib

Bakı. 6 noyabr. REPORT.AZ/ İsveçin paytaxtı Stokholm şəhərinin mərkəzində güclü partlayış olub. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisənin səbəbləri araşdırılır. 

Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

İlkin versiyaya görə, partlayış yaşayış binasındakı mənzillərin birində qaz sızması nəticəsində əmələ gəlib. Polis əməkdaşları artıq pəncərəsi qırılan bir mənzildə olsa da, partlayışla bağlı heç bir əlaqə tapa bilməyib.

Polis hadisə baş verən yerin mühafizəsinin təşkili və şahidlərin müəyyənləşdirilməsi üçün tədbirlər görməyə başlayıb, Södermalm rayonunda nəqliyyatın hərəkəti dayandırılıb.

Son xəbərlər

Orphus sistemi