​İsveç 80 min miqrantı deportasiya edəcək

​İsveç 80 min miqrantı deportasiya edəcək Buna bir neçə il vaxt sərf oluna bilər
Digər ölkələr
28 Yanvar , 2016 05:58
​İsveç 80 min miqrantı deportasiya edəcək

Bakı. 28 yanvar. REPORT.AZ/ İsveç hakimiyyəti qaçqın statusu verməkdən imtina etdiyi təqribən 80 min miqrantı ölkədən deportasiya etməyi planlaşdırır.

"Report" BBC-yə istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Anders İqemanın sözlərinə görə, deportasiyaya bir neçə il vaxt sərf oluna bilər.

2015-ci ildə İsveçdə qaçqın statusu almaq üçün 160 mindən çox insan müraciət edib. Onlardan təqribən 59 min nəfərin müraciətinə baxılıb və yarısı qəbul olunub.

Yanvarın əvvəlində İsveç Danimarka ilə sərhəddə sənədlərin yoxlanmasını dayandırıb. Bundan sonra qaçqınlar xüsusi razılıq olmadan İsveç ərazisinə düşə bilmirlər.

Son xəbərlər

Orphus sistemi