Bakı. 11 aprel. REPORT.AZ/ İstanbuldakı avtobus parkında yanğın hadisəsi baş verib. "Report" "Hürriyyət.com"a istinadən xəbər verir ki, yanğına səbəb avtobuslardan birində baş vermiş alovlanma olub.
Alov sonradan parkdakı digər avtobuslara da keçib. Nəticədə 4 avtobus yanıb.
Alovun digər avtobuslara da yayılmasının qarşısının alınması məqsədilə əraziyə cəlb olunmuş yanğınsöndürənlər yanğını söndürüblər.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Yanğın zamanı xəsarət alan olmayıb.