​İstanbul aeroportunda biometrik nəzarət sistemi tətbiq edilir

​İstanbul aeroportunda biometrik nəzarət sistemi tətbiq edilir İndi nəzarətdən keçmək üçün 15-21 saniyə kifayət edəcək
Digər ölkələr
30 Yanvar , 2015 04:45
​İstanbul aeroportunda biometrik nəzarət sistemi tətbiq edilir

Bakı. 30 yanvar. REPORT.AZ/ İstanbulun Atatürk hava limanı ölkəyə gələn əcnəbilər üçün yenilik hazırlayır: yaxın vaxtlarda aeroportda biometrik nəzarət sistemi tətbiq ediləcək.

"Report" xəbər verir ki, Atatürk hava limanı illik təqribən 57 milyon nəfərlik sərnişin axını ilə Türkiyənin ən iri və ən yüklənmiş aeroportudur.

İndi nəzarətdən keçmək üçün 15-21 saniyə kifayət edəcək. Hazırda biometrik məlumatları yoxlamaqla məşğul olan 4 "e-gate" kabinəsi test rejimində işləyir və yalnız Türkiyə vətəndaşlarına aiddir. Lakin sonda analoji prosedur aeroporta gələn bütün sərnişi üçün tətbiq olunacaq.

İstanbul hava limanı administrasiyası məlumat verir ki, "e-gate" sistemi aeroportun yükünün azalmasına kömək edəcək. Çünki hava limanına gələnlər daha tez və daha səmərəli şəkildə yoxlamdan keçəcəklər.

Hazırda ABŞ və Böyük Britaniyanın bəzi hava limanları bu sistemdən istifadə edir.

Son xəbərlər

Orphus sistemi