​İsrailin xarici işlər naziri istefa verib

​İsrailin xarici işlər naziri istefa verib O, yeni qurulacaq koalision hökumətdə iştirak etməyəcəyini də bildirib
Digər ölkələr
4 May , 2015 18:22
​İsrailin xarici işlər naziri istefa verib

Bakı. 4 may. REPORT.AZ/ İsrailin xarici işlər naziri Aviqdor Liberman istefa verib. "Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu haqda Aviqdor Liberman özü açıqlama verib. 

Məlumatda qeyd olunub ki, A.Liberman qurulacaq koalision hökumtdə yer almayacaq. O, keçirdiyi mətbuat konfransında deyib: "Təəssüf ki, qurulacaq yeni hökumətin milli maraqlara xidmət etməyəcəyi, fəaliyyətində sui-istifadəyə yol verəcəyi qənaətinə gəldim".

O, koalision hökumətin qurulması ilə bağlı danışıqlardan çəkildiyini və xarici işlər naziri vəzifəsindən istefa verdiyini söyləyib.

Xatırladaq ki, fəaliyyətdə olan baş nazir Binyamin Netanyahu mayın 6-dək koalision hökumət qurmalıdır. 

Son xəbərlər

Orphus sistemi