​İsrailin Korrupsiya ilə Mübarizə İdarəsinin rəisi özünü güllələyib

​İsrailin Korrupsiya ilə Mübarizə İdarəsinin rəisi özünü güllələyib General şəxsi avtomobilində intihar edib
Digər ölkələr
7 İyul , 2015 06:36
​İsrailin Korrupsiya ilə Mübarizə İdarəsinin rəisi özünü güllələyib

Bakı. 7 İyul. REPORT.AZ/ İsrailin Korrupsiya və Dələduzluqla Mübarizə İdarəsinin rəisi Efraim Braha özünü güllələyib.

"Report" xəbər verir ki, polis generalı şəxsi avtomobilində intihar edib.

İstintaqın bir fərziyyəsinə görə, E.Braha üzərində aparılan məhkəmə prosesi ilə bağlı özünə qəsd edə bilər.

Polis əməkdaşı məşhur ravvin Yoşiyahu Pintodan rüşvət almaqda ittiham olunub. Müttəhim ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. O bildirib ki, Y.Pinto təhqiqatlar barədə informasiya müqabilində, həqiqətən ona yüz min şekel məbləğində rüşvət təklif edib, lakin o bu puldan imtina edib.

Son xəbərlər

Orphus sistemi