​İsrailin baş naziri senatorlarla qapalı görüşdən imtina edib

​İsrailin baş naziri senatorlarla qapalı görüşdən imtina edib Bu il martın 17-də İsraildə növbədənkənar parlament seçkiləri keçiriləcək
Digər ölkələr
25 Fevral , 2015 11:49
​İsrailin baş naziri senatorlarla qapalı görüşdən imtina edib

Bakı. 25 fevral. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netaniyahu ABŞ Konqresinin iki demokrat-senatoru ilə qapalı görüş keçirməkdən imtina edib.

"Report" "TASS"a istinadən xəbər verir ki, İsrail hökumətinin başçısı onlara təşəkkür edərək, ABŞ-a səfəri çərçivəsində belə bir görüşün keçirilməsinin düzgün anlaşılmayacağından ehtiyatlandığını bildirib.

Xəbərə görə, senator-demokratlar Riçard Durbin (İllinyos ştatı) və Dayenn Faynstayn (Kaliforniya ştatı) ABŞ-a səfəri zamanı onunla qapalı görüş keçirmək istədiklərini təklif etmişdilər.

Xatrıladaq ki, bu il martın 17-də İsraildə növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu siyasi tədbirdən iki həftə öncə onun ABŞ-a səfəri planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi