​İsraildə seçkinin ilkin nəticələri açıqlanıb

​İsraildə seçkinin ilkin nəticələri açıqlanıb Ərəblərin Birliyi Partiyası parlamentdə 14 deputatla təmsil olunacaq
Digər ölkələr
18 Mart , 2015 10:10
​İsraildə seçkinin ilkin nəticələri açıqlanıb

Bakı. 18 mart. REPORT.AZ/ İsraildə keçirilən növbədənkənar parlament seçkilərində səsvermənin nəticələrinə əsasən, fəaliyyətdə olan baş nazir Binyamin Netaniyahunun başçılıq etdiyi "Likud" Partiyası birinci yerdədir.

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, bu haqda Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Xəbərdə bildirilib ki, səsvermə qutularının 100%-ə yaxını artıq açılıb. Nəticələrə görə, "Likud" səslərin 23%-ni toplayıb. Sonrakı yerləri "Sionist düşərgəsi" - 18,73%, Ərəblərin Birliyi Partiyası - 10,98%, "Eş Atid" - 8,78%, "Bayt Yequdi" - 6,41%, ŞAS - 5,80%, İsrail Xalq Demokrat - 5,17%, "Yaadut Tora" - 5,16%, "MERETS" - 3,89% tutublar.

2,98% səs toplamış "Yahad" Partiyası isə 3,25%-lik seçki baryerini aşa bilməyib.

İlkin nəticələrə əsasən, parlamentdə "Likud" - 29, "Sionist düşərgəsi" - 24, Ərəblərin Birliyi Partiyası - 14, "Eş Atid" - 11, "Kulanu" - 10, "Bayt Yequdi" - 8, ŞAS - 7, "Yaadut Tora" 7, İsrail Xalq Partiyası 6, MERETS 4 deputatla təmsil olunacaq.

İsrail prezidenti Reuven Rivlin bildirib ki, aparıcı partiyalar "milli birlik hökuməti" yaratmalıdır.

Son xəbərlər

Orphus sistemi