Bakı. 3 yanvar. REPORT.AZ/Yanvarın 1-də İsrailin paytaxtı Təl-Əvivin mərkəzində yerləşən bara hücum edən şəxsin axtarışı davam etdirilir.
"Report"un "Amerikanın səsinə" istinadən verdiyi xəbərə görə, çox sayıda insanın toplaşdığı bara girən şəxs azı 2 nəfəri qətlə yetirib, 7 nəfəri isə yaralayıb.
Ərazidəki dükanın təhlükəsizlik kamerasından görüntülərdə bel çantası ilə dükana daxil olan həmin şəxsin təmkinlə özünü alış-veriş edir kimi göstərdiyi görünür.
Polis hadisənin terror aktı olduğu versiyasını irəli sürüb.