​İsrail yeni raketdən müdafiə sisteminin sınağını keçirib

​İsrail yeni raketdən müdafiə sisteminin sınağını keçirib Mütəxəssislər sınağın nəticələrini təhlil edir
Digər ölkələr
10 Dekabr , 2015 11:23
​İsrail yeni raketdən müdafiə sisteminin sınağını keçirib

Bakı. 10 dekabr. REPORT.AZ/ İsrail "Xets-3" ("Ox") tipli raket hücumundan müdafiə sisteminin sınağını keçirib.

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, bu barədə yəhudi dövlətinin Müdafiə Nazirliyi məlumat yayıb.

Sınaq ABŞ-ın "MDA" agentliyi ilə birgə keçirilib. Mütəxəssislər sınağın nəticələrini təhlil edir.

Qeyd edək ki, bu silah "Arrow", "Xoma" adlı raket əleyhinə komplekslər qrupuna aiddir. 

Son xəbərlər

Orphus sistemi