İsrail prezidenti Moskvadakı Qələbə paradına qatılmayacaq

İsrail prezidenti Moskvadakı Qələbə paradına qatılmayacaq O, mayın 9-da Almaniyaya gedəcək
Digər ölkələr
20 Aprel , 2015 11:59
İsrail prezidenti Moskvadakı Qələbə paradına qatılmayacaq

Bakı. 20 aprel. REPORT.AZ/ Mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında İsrailin dövlət və aparıcı siyasi xadimləri iştirak etməyəcək.

"Report" "news.ru"ya istinadən xəbər verir ki, bu haqda İsrail dövlət radiosu "Kol İsrael" rəsmi məlumat yayıb.

Xəbərə görə, Moskvadakı Qələbə paradında İsraili Rusiyadakı səfir Dorit Holender təmsil edəcək.

Məlumata əsasən, bir müddət öncə İsrail prezidenti Reuven Rivlinin sözügedən tədbirdə iştirak etmək üçün Moskvaya gedəcəyi nəzərdə tutulmuşdu. Ancaq rəsmi mənbələr bildirib ki, mayın 9-da o, Almaniya ilə İsrail arasında diplomatik əlaqələrin qurulmasının 50 illiyi münasibəti ilə Almaniyaya səfər edəcək.

Rusiya mətbuatı bunu prezident Vladimir Putinin İrana "S-300" zenit-raket qurğularının göndərilməsi haqda sərəncam imzalaması ilə əlaqələndiriblər.

Xatırladaq ki, aprelin 13-də V.Putin 2010-cu ildə İrana satılmış "S-300"ün göndərilməsinin dayandırılması ilə bağlı qərarı ləğv edib. 

Son xəbərlər

Orphus sistemi