​İsrail prezidenti: "Fələstin lideri ilə görüşməyə hazıram"

​İsrail prezidenti: "Fələstin lideri ilə görüşməyə hazıram" Reuven Rivlin İsarillə Fələstin arasında etimadın vacibliyini də qeyd edib
Digər ölkələr
4 Aprel , 2016 19:27
​İsrail prezidenti: Fələstin lideri ilə görüşməyə hazıram

Bakı. 4 aprel. REPORT.AZ/ "İsrail hökuməti ilə əlaqələndirdikdən sonra Fələstin lideri Mahmud Abbasla görüşməyə hazıram".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İsrailin prezidenti Reuven Rivlin Qüdsdə Çexiyanın xarici işlər naziri Lyubomir Zaoraleklə görüşdən sonra bildirib.

O, İsraillə Fələstin arasında etimadın vacibliyini də qeyd edib.

Qeyd edək ki, ötən həftə Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas İsrail televiziyasına müsahibəsində yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu ilə istənilən vaxt görüşməyə hazır olduğunu bildirmişdi. 

Son xəbərlər

Orphus sistemi