​İsrail prezidenti Barak Obama ilə görüşməkdən imtina edib

​İsrail prezidenti Barak Obama ilə görüşməkdən imtina edib Reuven Rivlin sıx iş qrafikini səbəb gətirib
Digər ölkələr
26 Yanvar , 2015 05:48
​İsrail prezidenti Barak Obama ilə görüşməkdən imtina edib

Bakı. 26 yanvar. REPORT.AZ/ İsrail prezidenti Reuven Rivlin sıx iş qrafikini səbəb gətirərək amerikalı həmkarı Barak Obamanın görüşmək barədə təklifini qəbul etməyib.

"Report" xəbər verir ki, bu barədə İsrailin "Haaretz" nəşri yazıb.

Qeyd olunur ki, Ağ ev nümayəndələri iki ölkə liderinin görüşünün mümkünlüyünü müzakirə etmək üçün İsrail prezidentinin müşaviri ilə əlaqə saxlayıblar. Rivlin isə bu təklifdən imtina edib.

Son xəbərlər

Orphus sistemi